🎬 KiberSəs — maarifləndirmə müsabiqəsi başlayır!
Cyber Club UNEC tələbələri Oktyabr Kiber Maarifləndirmə Ayına özəl olaraq, kibertəhlükəsizlik mövzusunda kreativ və maarifləndirici video hazırlamağa dəvət edir. 🔐
Müəllif: Cyber Club UNEC
Yenilənib:

🎬 KiberSəs — maarifləndirmə müsabiqəsi başlayır!
Cyber Club UNEC tələbələri Oktyabr Kiber Maarifləndirmə Ayına özəl olaraq, kibertəhlükəsizlik mövzusunda kreativ və maarifləndirici video hazırlamağa dəvət edir. 🔐
📌 İştirak şərtləri:
• Bütün UNEC tələbələri
Cyber Club UNEC üzvü olmaq tələb olunur
• Fərdi və ya komanda şəklində
Komandada maksimum 4 nəfər olmaq şərti ilə
💡 Mövzular:
🔹 Fişinq və saxta mesajlar
🔹 Güclü parol və 2FA
🔹 Sosial şəbəkədə məxfilik
🔹 Kiberbulinq
🔹 Saxta xəbərlər
🔹 Onlayn oyunlarda hesab oğurluğu
🔹 Onlayn fırıldaqçılıq
🔹 Süni intellekt və deepfake təhlükələri
🔹 Şəxsi məlumatların qorunması
🎥 Video tələbləri:
• Maksimum 3 dəqiqə
• Şaquli və ya üfüqi format
• Azərbaycan dilində
• Orijinal və mövzuya uyğun
• Hər iştirakçı/komanda yalnız 1 video təqdim edə bilər
• Məlumatlar düzgün olmalı, şəxsi məlumatlar göstərilməməlidir
📊 Qiymətləndirmə:
Videolar münsiflər heyətinin qiymətləndirməsi və sosial media platformalarında əldə olunan izlənmə və bəyənmə göstəriciləri əsasında dəyərləndiriləcək.
🎁 Müsabiqənin qaliblərini AKTA tərəfindən sürpriz hədiyyələr gözləyir!
📩 Qeydiyyatdan keçən hər bir iştirakçıya müsabiqə haqqında daha ətraflı məlumat şəxsi qaydada göndəriləcək.
📅 Son müraciət tarixi: 20.10.2026
📩 Qeydiyyat üçün link: https://docs.google.com/forms/d/e/1FAIpQLSdWf3wEMCcElPefjM7z6VBEAi-d8UeuSeQzt-hDiNOUhGjX5g/viewform (yeni pəncərədə açılır)
